Interposta.Info

65 yaşı tamam olan vətəndaşa niyə pensiya verilmir? (AÇIQLAMA)

İqtisadiyyat
 4-05-2020, 19:28     402

"Vətəndaşın kifayət qədər stajı olmadığı üçün pensiya hüququ yaranmayıb".

Bunu Qaynarinfo-ya açıqlamasında Əmək və Əhlainin Sosial müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Salyan rayon Seyidsadıqlı kənd sakini Firudin Tagıyevin redaksiyamıza ünvanladığı şikayət məktubu əsasında "Prezidentin verdiyi sərəncam və fərmanlara baxmırlar" başlıqlı yazıya münasibətində deyib.Fazil Talıblı qeyd edib ki, 2006-2018 -ci il tarixlərdə isə kapitalında vəsait mövcud olmayıb deyə vətəndaşa 25 il staj hədiyyə şamil edilməyib:

"Vətəndaş 2018-dən etibarən başlayıb işləməyə. Hazırda da işləyir deyə yaşa görə sosial müavinət də şamil olunmur. Vətəndaş sezonla işləyir, son dəfə DSMF-da olarkən 5 ay stajı əskik idi. İndi şöbəyə müraciət etsə, yenidən baxılar, əgər stajı kifayət etsə hüququ yaranacaq. Stajın hesablanması üçün şöbəyə müraciət etsin”.

Qeyd edək ki, Salyan rayon Seyidsadıqlı kənd sakini Firudin Tağıyev redaksiyamıza ünvanladığı şikayət məktubunda 65 yaşı tamam olsa da pensiya ala bilmədiyini deyib. Şikayətçi bu məsələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Salyan rayon şöbəsinin rəhbəri ilə baş mühasibi ittiham edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26