Interposta.Info

Səudiyyə Ərəbistanı nefti nisyə satmağa başlayır

İqtisadiyyat
 15-04-2020, 21:11     319

Rusiya neftin ixrac vergisini kəskin azaldır; ölkədə nefti yığmağa anbar qalmayıb

OPEK+ çərivəsində hasilatın azaldılmasına dair qərarın əldə olunmasına baxmayaraq, neft bazarında qiymət müharibəsi davam edir. Reuters-in məlumatına görə, Səudiyyə Ərəbistanı Avropa və Asiyadakı alıcılara tətbiq etdiyi 1011 dollarlıq endirimdən sonra daha bir addım atıb. Ər-Riyad bu bölgədən olan alıcılara nefti nisyə satmağa başlayıb.

Təklif olunan sxemə görə, nefti alan tərəf dəyərini məhsulu aldıqdan 90 gün sonra ödəyə biləcək. Bu zaman alıcı ilə satıcı arasında bağlanmış veksellə ödəniş Səudiyyənin bankları vasitəsilə hıyata keçirilməlidir.

Qeyd edək ki, OPEK+ iclası ərəfəsindəki gözləntilərə görə 35 dollara qədər bahalaşan Brent markalı neft bu gün 27,18 dollara qədər ucuzlaşıb. Bunun əsas səbəbi tələbin azalmasıŞ eyni zamanda yaxın həftələrdə nefti saxlamağa yer qalmayacağı təhlükəsinin yaranması ilə bağlıdır. İndiki vəziyyət davam edərsə, Saudi Aramco nefti 17-18 dollara satmalı olacaq.

Yaranmış vəziyyətdə ən böyük zərər Rusiyaya dəyməkdədir. Bu ölkədə artıq nefti saxlamağa anbar qalmayıb. Şirkətlər çən-vaqonları icarəyə götürməyə başlayıblar. Rusiyanın dünya bazarına çıxardığı Urals markalı neftin qiyməti 16 dollara düşüb. Bu qiymət həddi neft şirkətlərinin heç bir gəlir əldə etməməsi deməkdir. Eyni zamanda ölkəni büdcəsi neftdən gələn gəlirlərinin 90 faizindən məhrum olur. Bu şəraitdə Rusiya məcburdur ki, öz neftini sata bilmək üçün Səudiyyə ilə eyni qiymət təklif etsin.

Səudiyyə Ərəbistanı neft hasilatını - AZALTMAĞA HAZIRDIR - FED.az

Rusiya qiymətlərin kəskin ucuzlaşmasından sonra şirkətləri iflasdan xilas etmək üçün neftin ixracına tətbiq olunan vergiləri də minimuma endirməyə məcbur olub. Belə ki, Rusiya Maliyyə Nazirliyinin qərarına əsasən mayın 1-dən etibarən neftin ixracına tətbiq olunan və hazırda 1 tona görə 52 dollar təşkil edən ixrac vergisi 45,2 dollar azaldılaraq 6,8 dollara endiriləcək.

Saudi Arabia-Russia Oil Price War Explained: How Long Will It Last ...

Nazirliyin məlumatına görə, 15 mart-14 aprel aralığında Urals neftinin orta qiyməti 1 barel üçün 19 dollar(1 tonu 138,7 dollar) təşkil edib. İxrac vergisinin indiki həddi ilə neftin 1 tonundan şirkətlərə qalan vəsait cəmi 86,7 dollardır ki, bu gəlir hasilat və nəql xərclərini belə qarşılamağa imkan vermir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26