Interposta.Info

Avropa Çindən iqtisadi asılılığı azaltmaq yolları axtarır

İqtisadiyyat
 13-04-2020, 20:36     344

Aparıcı Qərb ölkələrində artıq Çindən iqtisadi asılılığı necə azalda biləcəklərinin müzakirəsinə rasrt gəlmək olur.

Bu barədə iqtisadçı-ekspert Rövşən Ağayevin açıqladığı məlumata görə, müzakirələrin başlandığı Fransa mediasında Çindən asılılıq səviyyəsi barədə rəqəmlər açıqlanıb: “Ən son rəqəmə görə, Fransanın Çindən idxalı 54 milyard dollar, Çinə ixracı 21 milyard dollar, ticarət kəsiri 33 milyard dollar olub.

İdxalın tam üçdə biri elektronika, 20 faizi yüngül sənaye, 7 faizi maşınqayırma sənayesi məhsullarının payına düşür.

Çin iqtisadiyyatı: sürətli inkişafın səbəbləri | Xalq Qəzeti

Fransada daxili bazarda satılan tekstil məhsullarının 25 faizi, uşaq oyuncaqlarının yarısı, avtomobil ehtiyat hissələrinin 20 faizi, tibb sənayesində istifadə olunan aktiv maddələrin 80 faizi Çindən idxal edilir. Mediada artıq qısa müddətdə ən azından tibb və avtomobil sənayesinin idxaldan asılılığının maksimum azaldılması istiqamətində müzakirələrin vacib olduğu yazılır”.

Maraqlı faktlardan biri də odur ki, dünyada turizm gəlirlərinə görə ilk üçlükdə olan Fransanın bu mənbədən gəlirlərində həlledici pay Çindən gələnlərə məxsusdur: “Çunlilərin Fransada illk xərcləmələri yerdə qalan turistlərlə müqayisədə 40 faiz çoxdur. Ən son statistikaya görə, Fransanın xarici turizm gəlirləri 70 milyard dollardan bir qədər az olub”./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26