Interposta.Info

Nazirdən işsiz statusu olan şəxslərə şad xəbər

İqtisadiyyat
 7-04-2020, 18:17     429

"İşsiz şəxslərin məşğulluğunun təmin edilməsi üçün ödənişli iş yerlərinin sayı 50 min artırılır. Bakı, Gəncə, Sumqayıt və digər şəhərlər və rayonlar üzrə bölgü müəyyən edilib. Gələn həftədən etibarən bu şəxslərin 50 min iş yerinə cəlb edilməsi prosesinə başlanılacaq”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 18 mart 2020-ci il tarixli sərəncamına əsasən, məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər mövzusundakı mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, məşğulluq altsistemində işsiz statusu almış şəxslərə yaşayış minimumu məbləği, yəni 190 məbləğində ödəmənin həyata keçirilməsi nəzərdə tutulur:

"Bu tədbirlər işsiz və pandemiya nəticəsində iş yerini itirərək, işsiz statusuna düşən şəxslərin müdafiəsinə yönəlib. Özünməşğulluq proqramının icrasına başlanılıb. Üç minə yaxın insan təlimlərdən keçərək, layihəyə cəlb edilib”.

"Bu il ən azı 11 min insanı özünüməşğulluq proqramı ilə əhatə etməyə çalışacağıq”, - deyə nazir qeyd edib./oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26