Interposta.Info

Virusa görə kommunal ödənişləri edə bilməyənlər nə edəcək? (VİDEO)

İqtisadiyyat
 29-03-2020, 12:39     113

Son günlər sosial şəbəkələrdə kommunal ödənişlərdə güzəşt məsələləsi müzakirə olunur. Buna səbəb koronovirus infeksiyasına yoluxmaq təhlükəsi qarşısında evdən çıxmayan vətəndaşların qaz, elektrik enerjisi, sudan daha çox istifadə etməsidir. Belə olan halda vətəndaşların bu istiqamətdə xərcləri artır. Digər tərəfdən bəzi vətəndaşların iş yerlərinin bağlanması və ödəniş etməkdə yaranan çətinlik məsələnin müzakirəsini xeyli dərəcədə aktuallaşdırır.

Məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.

Sakin: "Kommunal xərclərdə dövlətin dəstəi olsa yaxşı olar. İş yerləri bağlanır, bəziləri işdən çıxarılır, işləri dayanır, maaş ala bilmirlər, ona görə də belə bir şey olsa çox yaxşı olar.Kommunal ödənişlər azalsa və ya bir neçə aylıq tələb olunmasa daha yaxşı olar”.

Sakin: "Əgər insanların evdə oturması tələb olunursə dövlətin bu məsələdə dəstək verməsi çox yaxşı olardı. Karantin müddəti bitənə qədər güzəştlər edilsə daha yaxşı olar”.

Millət vəkilləri indiki vəziyyətdə vətəndaşların xərclərini yüngülləşdirməkdən ötrü hokumətin hazırlağı tədbirlər paketində komunal ödənişlərdə güzəşt məsələsini zəruri hesab edirlər.

Fazil Mustafa – Milli Məlisin deputatı: "Mütləq kommunal güzəştlər olmalıdır. Adam işləyə bilmir, işləyə bilmirsə güzəştli yanaşmaq lazımdır. Çünki vətəndaşın gəliri artıq əvvəlki səviyədə deyil. Ona görə də burda mütləq hərtərəfli hamı bir-birinə anlayış göstərərək, müəyyən güzəştlərə nail olmaq vacibdir”.

Koronovirusla mübarizə çərçivəsində insanlara evdə qalmaq tövsiyyə edilir. O zaman kommunal xərclərdə güzəştə getmək əhali üçün sevidirici olar.

Fazil Mustafa – Milli Məlisin deputatı: "Vətəndaş əgər işləmirsə, bu xərcləri necə ödəsin? İşləyəndə bu pul çıxır, çıxmayandan sonra neyləsin? Müəyyən dərəcədə ödəniş məsələsində güzəştlər edilməsi nəzərdə tutula bilər. Bunu da bir sosial paket formasında hazırlanıb ortaya qoyumaq lazımdır. Bu vəziyəti bir az yüngülləşdirə bilər. Bunlar hamısı müvəqqəti xarakter daşıyır. Çünki vəziyyət düzələndən sonra təzədən bərpa etmək olar”.

Hikmət Babaoğlu – Milli Məclisin deputatı: "Problemi hokumətin diqqətinə təqdim etmək lazımdır ki, bununla bağlı dərhal qərarlar qəbul etsin. Çünki nəticədə söhbət bizim milli təhlükəsizliyimizdən gedir. Hər hansı bir komunal ödənişin 1 gün və ya 5 gün gec ödənməsi böyük bir faciə deyil”.

Qeyd edək ki, əhaliyə güzəştlərlə bağlı məsələ hələ ki, işçi qrupunun müzakirəsindədir. Aprelin əvvəlində bu təkliflər tam şəkildə açıqlanacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26