Interposta.Info

Neftin bahalaşmasının xeyrindən çox ziyanı ola bilər - səbəb

İqtisadiyyat
 8-01-2020, 09:05     298

Bölgədə müharibə riski Azərbaycanı çox ciddi qaçqın axını ilə üz-üzə qoya bilər ki, bu da...
2020-ci il gözləntilərin əksinə olaraq, neft bazarında böyük təlatümlərlə başladı. Ötən ilin son rübündə dünya neft qiymətləri ilə bağlı verilən proqnozlar yanvarın 1-də İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı general Qasım Süleymaninin öldürülməsi və bununla bağlı baş verən hadisələrə görə bir neçə saat ərzində qeyri-reallıq payını onqat artırdı. Xatırladaq ki, əksər analitik mərkəzlər 2020-ci il ərzində, xüsusilə də ilin ilk yarısında neft bazarında sabitlik, qiymətlərin 63-65 dollar ətrafında dəyişiləcəyini proqnozlaşdırmışdılar. Lakin İran generalının öldürülməsi dünya bazarını neftlə təchiz edən əsas ərazidə siyasi və hərbi gərginliyi o həddə çatdırdı ki, qiymətlər bircə günə 72 dolları ötdü.

Artıq qlobal bazarlarda “Brent” markalı xam neftin qiyməti daha 7 faizdən çox bahalaşaraq 70 dolları keçib. Bu isə son 6 aydan çox müddətdə ən yüksək göstərici hesab edilir.

ABŞ-ın WTI markalı xam nefti də bahalaşıb. Belə ki, son rəqəmlər WTI-ın qiymətinin 2,1 faiz yüksələrək 64,36 dollar/barelə çatdığını göstərir.

“Guardian” nəşrinin yazdığına görə, neft bazarındakı qiymət yüksəlişi ilk növbədə İranın Süleymaninin öldürülməsinə mümkün cavab addımları ilə bağlıdır. Qəzet yazır ki, Süleymaninin öldürülməsi Asiya, ABŞ və Avropada birjaları silkələyib və neftin qiyməti sentyabrdan bəri ən yüksək həddinə çatıb. İran isə Süleymaninin öldürülməsinə görə qisas alacağını bəyan edib.

Neftin qiymətinin həftə sonundan bəri yüksəlişinin davam etməsinin bir səbəbi də ABŞ-ın İranın Yaxın Şərqin neft mədənlərini vura biləcəyi ilə bağlı xəbərdarlığı olub. Vaşinqton bildirmişdi ki, belə bir hadisə baş verərsə, qlobal bazarın neftlə təchizatında fasilələr yarana bilər.

“Guardian” yazır ki, neft qiymətlərinin davamlı artması qlobal iqtisadi resessiya ilə də nəticələnə bilər (“Amerikanın səsi”). Qeyd edək ki, neftə paralel olaraq qızılın qiymətləri də yüksəlib.

Qlobal birjalarda qızılın unsiyasının qiyməti 1,6% bahalaşma ilə 1576 dollar təşkil edib.

Qızılın unsiyasının qiymətinin 1600 dolları da aşacağı proqnozlaşdırılır.

Son 1 ildə qızılın unsiyasının qiyməti təxminən 290 dollar və ya 22% artıb. Ötən ilin yanvar ayının 6-da qızılın unsiyası 1289 dollar təşkil etmişdi.

Beynəlxalq kredit reytinq agentliyi “Moody’s”in ekspertləri də hesab edirlər ki, general Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ-İran arasındakı gərginliyin uzun müddət davam etməsi iqtisadiyyat və maliyyə sektorunda sarsıntılara səbəb olacaq. Uzunmüddətli gərginliyin dünya iqtisadiyyatına potensial təsirləri olacaq, gərginlik xüsusən neft qiymətlərinə güclü təsir edəcək. Məlumata görə, iki ölkə arasındakı gərginlik Yaxın Şərqdə, sadəcə, neft qiymətlərinə deyil, bank, turizm kimi qeyri-neft sektorlarına da ciddi təhlükə yaradır (“Report”).

Enerji sahəsi üzrə ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, bazarda hazırda qeyri-stabillik hökm sürür və siyasi gərginlik qalmaqdadır: “Bu gərginliyin nə zaman səngiməsi məchuldur və nə bazar iştirakçılarına, nə də bu gərginlik iştirakçılarının özlərinə belə bəlli deyil. İkinci bir tərəfdən, yaşanan gərginliyin coğrafiyası getdikcə böyüyür: əgər bura bir İraq da əlavə edildisə, bu gün artıq Liviyanın Aralıq dənizi boyundakı bir limanına general Xaftarın hücumu xəbəri yayıldı. Yəni qlobal neft bazarı hazırda çalxalanmaqda davam edir və bu şəraitdə neft qiymətlərinin gün ərzində dəyişməsi adi hal olacaq”.

Ekspert bildirir ki, indiki şərtlər daxilində qiymətlərin necə dəyişəcəyini söyləmək mümkün deyil: “Proqnoz etmək mürəkkəbdir, ancaq onu deyə bilərəm ki, yaxın bir neçə həftədə qiymətlərin 65 dollardan yüksək həddə olması realdır. Siyasi stabilləşmə yarandığı halda neft qiymətləri 65 dollar ətrafında ticari edilmək şansını qış mövsümündə saxlamaq imkanına malikdir”.

Qeyd edək ki, neft hasilatçısı olan Azərbaycan üçün bazarda qiymətlərin yüksəlməsi, əlbəttə, əlverişlidir. Düzdür, bu il Azərbaycanda neft istehsalının bir qədər azalması gözlənilir. Belə ki, hökumətin 2020-ci ilin dövlət büdcəsi sənədində verdiyi proqnoza əsasən, cari ildə Azərbaycanda 37 milyon 712,8 min ton neft hasil olunacaq ki, bu da 2019-cu ildəkindən (37 milyon 752,3 min ton) azdır. Lakin hökumət 2021-ci ildən Azərbaycanda neftin hasilatında artım gözləyir. Sənədə görə, həmin il ölkədə 38 milyon 246,2 min ton, 2022-ci ildə 38 milyon 520,6 min ton, 2023-cü ildə isə 38 milyon 634,4 min ton neft hasil ediləcək ki, bu da 2019-cu il üçün verilən proqnozla müqayisədə 2,3 faiz çoxdur. Bu il dövlət büdcəsində neftin dünya bazar qiyməti 55 dollardan hesablanıb.

Onu da bildirək ki, neftin qiymətinin Yaxın Şərqdə, xüsusilə də cənub qonşumuz olan İranın cəlb olunduğu hərbi qarşıdurma vıə müharibə nəticəsində yüksəlməsi Azərbaycan üçün heç də yaxşı perspektiv vəd etmir. İranla ABŞ arasında başlana biləcək müharibə Azərbaycanı çox ciddi qaçqın axını ilə üz-üzə qoya bilər. Bu isə neftin qiymətinin artmasından əldə olunacaq gəlirlərdən qat-qat yüksək həcmdə vəsaitlərin hə

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26