Azərbaycan neftinin qiyməti dəyişdi

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 70,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,67 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 69,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,66 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,95 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,67 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 67,69 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,85 dollar/barel çoxdur.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26