Interposta.Info

Bu tarixdən bütün pensiyalar 13-14% artacaq (RƏSMİ)

İqtisadiyyat
 10-12-2019, 15:10     479

Yanvarın 1-dən pensiyalar orta aylıq əməkhaqlarının artımı qədər artırılacaq.

"İnterPosta.info" xəbər verir ki, bunu Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

Onun sözlərinə görə, bu artımın 13-14 faizə yaxın olacağı gözlənilir: "Yanvarın 1-dən pensiyalar orta aylıq əməkhaqlarının artımı qədər - təxminən 13-14 faizə yaxın artırılacaq. Bu, bütün pensiyalara, o cümlədən minimum pensiayalara şamil olunacaq”.

A.Kərimov əlavə edib ki, artımdan sonra minimal pensiyaların məbləğinin 230 manata çatacağı gözlənilir:

"Artıq minimum pensiyaların məbləğini təqribən 72 faiz artıraraq 200 manata çatdırmışıq. Biz gözləyirik ki, indeksləşdirilmə nəticəsində baş verəcək artımdan sonra pensiyaların minimal məbləği 230 manata yaxın olacaq. Prezident İlham Əliyevin də tapşırığı var ki, əhalinin sosial təminatı gücləndirilməli, sosial rifah yaxşılaşdırılmalıdır. Buna görə də hazırda pensiyaların minimal məbləğinin artırılması nəzərdən keçirilir”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26