Interposta.Info

Deputat: "TANAP Avrasiya məkanında mühüm enerji layihələrindən biridir"

İqtisadiyyat
 2-12-2019, 12:41     398

"Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) Avrasiya məkanında mühüm enerji layihələrindən biridir".

Bunu Milli Məclisin deputatı Rauf Əliyev TANAP-la bağlı məqaləsində qeyd edib.

O vurğulayıb ki, bu layihə Türkiyə-Azərbaycan birgə siyasi iradəsinin nəticəsidir və eyni zamanda digər ölkələrin iştirakı və özəl şirkətlərin maliyyə dəstəyi ilə reallaşdırılır: "Noyabrın 30-da Türkiyənin Ədirnə şəhərində Avrasiya məkanında mühüm enerji layihələrindən biri olan TANAP qaz kəmərinin açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, TANAP Cənub Qaz Dəhlizinin bir hissəsidir. Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir, maliyyə dəyəri 38 mlrd. dollardır və dörd layihədən ibarətdir. Onlardan üçü - "Şahdəniz" Mərhələ 2, Cənub Qafqaz Boru kəməri, TANAP istifadəyə verilib. Dördüncü layihə olan TAP-ın icrası artıq 90 faizi keçib. Əminən ki, TAP da vaxtında istifadəyə veriləcək. Beləliklə, Avrasiyada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi vaxtında istismara veriləcək. Cənub Qaz Dəhlizi layihəsi 7 ölkəni birləşdirir və bu layihə artıq beynəlxalq əməkdaşlıq layihəsidir. "Şahdəniz" yatağından hasil olunan qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 km-dən artıq uzanan boru kəməri vasitəsilə çatdırılacaq. Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində Türkiyəni, Gürcüstanı, Böyük Britaniyanı, Rusiyanı, Fransanı və digər ölkələri təmsil edən 12-ə qədər məşhur şirkət iştirak edir. Bu layihə geniş beynəlxalq əməkdaşlığı rellaşdıran bir layihədir. TANAP-ın istifadəyə verilməsi göstərir ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır və bu layihənin reallaşması ölkəmizin daha da inkişaf etməsi üçün əlavə imkanlar yaradır.

Azərbaycan belə genişmiqyaslı iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəni həyata keçirməklə beynəlxalq aləmdə nüfuzunun daha da artmasını təmin edir".

TANAP Cənub Qaz Dəhlizinin tərkib hissəsi olaraq "Şahdəniz-2” yatağından hasil edilən qazı Türkiyə və bu ölkədən Avropaya nəql edən bir layihədir. TANAP Türkiyə -Gürcüstan sərhədində Cənub Qaqaz Boru kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə Trans- Adriatik (TAP) qaz boru kəmərinə birləşir. Uzunluğu 1800 km uzunluğunda olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 mlrd. kubmetrdir və sonradan bu həcmin 31 mlrd. kubmetrdək artırılması nəzərdə tutulub./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26