Interposta.Info

Gürcü maşınlarına qadağa qalmaqalı böyüyür – Aksiya + Video

İqtisadiyyat
 26-11-2019, 11:23     388

Bəzi sürücüləri depozit qoymağa məcbur edir, bəzilərinə isə süni maneələr yaradırlar.
Son günlər Gürcüstandan Azərbaycana gələn avtomobillərə məhdudiyyət tətbiq olunması ilə bağlı məsələ gündəmdədir. “Yeni Sabah” xəbər verir ki, Dövlət Gömrük Komitəsi mətbuata verdiyi açıqlamada "nəzarəti gücləndirdiyi" qeyd etsə də əslində məhdudiyyət tətbiqi həyata keçirilir.

Belə ki, bəzi sürücüləri depozit qoymağa məcbur edir, bəzilərinə isə süni maneələr yaradırlar.

Buna görə də sürücülər yığışıb kütləvi etirazlar keçirir. Dövlət Gömrük Komitəsinin bu addımla Gürcüstanda yaşayan soydaşlarımızı dövlətdən narazı saldığı ifadə olunur.

İnterPosta.info videonu təqdim edir:

[media=https://video.yenisabah.az/embed.php?vid=41bb0ccd3]

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26