Azərbaycan Dövlət Neft Fondu 9 ayda valyuta satışını 3% azaldıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Fondu (ARNDF) 4 512,85 mln. ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.
“Report” ARNDF-a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 126,75 mln dollar yaxud 2,7% azdır.
Doqquz aylıq valyuta satışının 618,95 mln. dolları sentyabr ayının payına düşüb.
Bu isə ötən ilin sentyabr ayına nisbətən 1,6 dəfə çoxdur.
Qeyd edək ki, ötən ilin yanvar-sentyabr ayları ərzində 4 639,6 mln. dollar, sentyabr ayında isə 394,8 mln. dollar valyuta satışı həyata keçirilib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26