Interposta.Info

Elman Rüstəmov: “Son 25 ildə manat cəmi 2 dəfə kəskin ucuzlaşıb”

İqtisadiyyat
 30-09-2019, 20:51     10 356

“Ölkədə biznes kreditlərinin illik faiz dərəcəsi, əsasən, Azərbaycan Mərkəzi Bankının (AMB) müəyyən etdiyi uçot dərəcəsi əsasında formalaşır”.

Bunu jurnalistlərə açıqlamasında AMB-nin sədri Elman Rüstəmov deyib.

“Bununla yanaşı, əmanət faizləri, eləcə də dövlət qiymətli kağızlarının da gəlirliliyi müəyyən qədər uçot dərəcəsindən asılı olaraq dəyişir. Burada birbaşa təsirə o vaxt nail olacağıq ki, inflyasiyanın hədəflənməsi rejiminə keçəcəyik”, - o qeyd edib.

Bundan başqa, baş bankir bildirib ki, son 25 ildə Azərbaycanda orta illik inflyasiya 5% civarında olub, manat ABŞ dolları qarşısında cəmi iki dəfə kəskin ucuzlaşıb: “Halbuki qonşu ölkələrdə milli valyutanın kəskin dəyərdən düşməsi 10 dəfəyə qədər baş verib”./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26