Interposta.Info

Prezidentdən dollarla bağlı həyəcan

İqtisadiyyat
 31-08-2019, 10:00     10 358

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Federal Ehtiyatlar Sistemini (FES) tənqid edib.

Ağ Ev rəhbəri Tvitter səhifəsində paylaşdığı açıqlamada FES-i dollarla bağlı heç bir addım atmamaqda günahlandırıb.

“Avro dollar qarşısında “dəli kimi” dəyər itirir və bu, onlara ixrac və istehsalat üçün əsas yaradır. FES heç nə etmir. Dollar hazırda ən güclü vəziyyətdədir. Qulağa xoş gəlir, elə deyilmi? ABŞ xaricində satış həyata keçirən istehsalçılardan başqa... Bizim tariflərlə problemimiz yoxdur, bizim FES problemimiz var. Onların heç bir fikri yoxdur”, - deyə Prezident bildirib./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26