5,2 milyard manat hara xərclənib? - HESABAT
2019-cu ilin yanvar-iyul aylarında ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 3,1 faiz artaraq 11533,2 milyon manat olub.
"İnterPosta.info" Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 5267,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,1 faiz artaraq 6265,5 milyon manata bərabər olub.
İstehlak məhsullarının 27,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,1 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 26,0 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26