Interposta.Info

Vergi ödəyiciləri üçün yeni xidmət yaradıldı

İqtisadiyyat
 24-02-2019, 10:53     10 397

Vergilər Nazirliyi vergi ödəyiciləri üçün yeni elektron xidmət istifadəyə verib.

İnterPosta.info
nazirliyə istinadən məlumat verir ki, bu xidmət vasitəsilə onlar ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı məlumat ala biləcəklər.

Bunun üçün Vergilər Nazirliyinin rəsmi internet saytında (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi saytında (www.e-taxes.gov.az) yaradılan ayrıca bölməyə daxil olaraq şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini və yaxud şəxsiyyət vəsiqəsinin FİN kodunu müvafiq xanalara daxil etmək lazımdır. Bununla da cəmi bir toxunuşla vergi ödəyicisi ölkədən çıxışına qadağa qoyulub-qoyulmaması ilə bağlı məlumatı əldə edə bilər.

Bu elektron xidmətdən istifadə etmək üçün aşağıdakı linklərə daxil olun:

https://www.taxes.gov.az/modul.php?name=pagespage=abroad

https://www.e-taxes.gov.az/ebyn/new/#/olkedengetmeMehdudiyyet

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26