Interposta.Info

Hadı Rəcəbli: “9 min insanın pensiyası iki dəfə, 26 min nəfərin pensiyası 30 faiz artacaq”

İqtisadiyyat
 19-02-2019, 13:09     10 432

Milli Məclisdə “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edildi. Layihə barədə Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verdi.

Komitə rəhbəri prezidentin bu istiqamətdə atdığı addımları yüksək qiymətləndirdi: “Azərbaycanda pensiyanın minimum həcmi 116 manat idi. Hətta 80 manatdan da aşağı müavinət alan insanlar var idi. “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklə 233 min nəfərin pensiyasında hissolunacaq dəyişikliyə gətirib çıxaracaq”. H.Rəcəbli bildirdi ki, bu dəyişikliklərdən sonra 9 min insanın pensiyası iki dəfə, 26 min nəfərin pensiyası 30 faiz artacaq: “Bütövlükdə isə böyük bir qrup pensiyaçıların pensiyası 38.5 faiz civarında artır. Bunun üçün bu il 41 milyon manat, gələn il 49 milyon manat vəsait nəzərdə tutulur. Prezident Sumqayıt sakinləri ilə görüşdə də dedi ki, bu islahatlar, bu addımlar son deyil, davam edəcək”./Yeni Musavat

interPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26