Interposta.Info

Təqaüdçülərə şad xəbər: Orta aylıq pensiya məbləği artırılacaq

İqtisadiyyat
 2-11-2018, 09:24     10 378

Azərbaycanda 2019-cu ilin sonuna qədər əmək pensiyaçılarının sayının 1 286 700 nəfər olacağı proqnozlaşdırılır.

Hesablama Palatasının rəyinə görə, 2018-ci ilin proqnozu üzrə əmək pensiyaçılarının sayı 1 301 800 nəfər olub.

Bu da onu göstərir ki, gələn il əmək pensiyaçılarının sayı 15 100 nəfər azalacaq.

Göstəricilərdə əmək pensiyaçılarının yaşayış minimumunun gələn il 149 manat olacağı nəzərdə tutulub ki, bu da 2017-ci il üzrə müvafiq göstəricidən 18,8 manat və ya 14,4 faiz, 2018-ci il üzrə müvafiq göstəricidən (144 manat) isə 5 manat və ya 3,5 faiz çoxdur.

Orta aylıq pensiya məbləğinin gələn il 241 manata qalxacağı gözlənilir. Bu isə 2018-ci il üzrə müvafiq göstəricidən 14,2 manat və ya 6,3 faiz çoxdur./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26