Interposta.Info

Aİ-92 markalı benzinin idxalı gömrük rüsumlarından azad edilib

İqtisadiyyat
 20-10-2018, 12:30     10 381

Azərbaycanda 92 (Aİ-92) oktanlı benzin idxalı müvəqqəti olaraq gömrük rüsumlarından azad edilib

Müvafiq qərar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul olunub.

Əvvəllər bu növ benzin üçün gömrük rüsumu 15 faiz idi.

Nazirlər Kabinetinin başqa bir qərarı ilə Aİ-92 markalı benzinin idxalına görə aksiz dərəcəsi bir ton üçün 200 manatdan bir manatadək azalıb. Nazirlər Kabinetinin hər iki qərarı aviasiya benzininə tətbiq edilməyəcək.

Bu qərar 2018-ci ilin 1 oktyabr tarixindən tətbiq olunub və 90 gün müddətində qüvvədədir./virtualaz.org

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26