Interposta.Info

Türkiyə Mərkəzi Bankı faizləri qaldırdı: Dollar dərhal ucuzlaşdı

İqtisadiyyat
 13-09-2018, 23:27     10 559

Türkiyə Mərkəzi Bankı siyasət faizini 625 bənd artıraraq, 24%-ə yüksəldib.

Gözləntilər 425 bənd artım istiqamətində idi.

Bu da faizlərin 17,75%-dən 22%-ə çatdırılması demək idi. Lakin bank faizləri gözləntilərdən artıq qaldırdı. Qərardan sonra dollar lirəyə nisbətdə 5,1% ucuzlaşaraq, 6.41 səviyyəsindən 6,01 səviyyəsinə düşüb.

Mərkəzi Bankın açıqlamasında bildirilib ki, ehtiyac olarsa, pul siyasəti daha da sərtləşdiriləcək.

Qeyd olunub ki, son dövrdə açıqlanan göstəricilər iqtisadi fəaliyyətdə tarazlanma meylinin artdığına işarə edir. Xarici tələb gücünü qorumaqla yanaşı, daxili tələbdəki yavaşlama sürətlənir./oxu.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26