Samir Şərifov: Beynəlxalq Bankın səhmləri ilə maraqlanan şirkətlər var
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) dövlətə məxsus səhmlərinin özəlləşdirilməsində marağı olan şirkətlər var".
"XeberBiz" Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.
"ABB-nin özəlləşdirilməsi ilə bağlı ilk növbədə məsləhətçi cəlb olunmalı, Bankın biznes strategiyası hazırlanmalıdır,. Yəni bu proseslər hələ də gedir. Potensial investorlar ABB-nin aktivlərini əlvə etməzdən əvvəl onun bazardakı roluna, yerinə, xüsusi çəkisinə, biznes modelinə diqqət yetirəcək və bütün bunların əsasında yekun qərar qəbul edəcəklər",- deyə nazir əlavə edib.
O, həmçinin deyib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) da ABB-yə maraq göstərməkdə davam edir: "Düşünürəm ki, onlar fikirlərini dəyişməyiblər. Amma EBRD rəsmiləri də ilkin şərt kimi Bankın yeni biznes modelinin hazırlanması fikrini səsləndirirlər".
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26