Interposta.Info

Neft ucuzlaşmağa davam edir: İqtisadiyyatımıza hansı təsirləri olacaq? - PROQNOZ

İqtisadiyyat
 28-05-2018, 13:42     10 431

Xəbər verdiyimiz kimi, ötən həftə 79.69 dollar olan brent markalı neftin qiyməti kəskin azalıb

Ötən həftə 79.69 olan "brent” markalı neftin qiyməti bu həftənin ilk günlərindən azalmağa başlayıb. Öncə 78.74, 76.13 dollar olan neftin qiyməti hazırda 75.14 dollardır. Eyni zmanada ABŞ-ın Texas markalı neftinin qiyməti isə hazırda 66.24 dollar təşkil edib. Belə ki, ötən həftə 71.84 olan bu neftin qiyməti həftənin ilk günlərində 67.50 dollara enib.

Eyni zamanda "Azərlight” markalı neftin qiymətində də enmə müşahidə edilib. "Azərlight” markalı neftin qiymətinin enməsi isə ölkə iqtisadiyyatına təsirsiz ötüşmür.

"XeberBiz" xəbər verir ki, İqtisadçı ekspert Akif Nəsirli Sfera.az-a açıqlamasında bildirib ki, bu azalmanı kəskin ucuzlaşma kimi qiymətləndirmək olmaz:

"Dünya bazarında neftin ucuzlaşması Azərbaycan neftindən də yan keçməyib. "Azərlight” markalı neftin qiymətində də azalma müşahidə olunur. Lakin bu azalmanı kəskin ucuzlaşma kimi qiymətləndirmək olmaz. Bununla belə biz azalmanın geniş dəhlizlə hərəkətini müşahidə edirik. "Azərlight” markalı neftin ucuzlaşması yerli iqtisadiyyatımıza mənfi təsir edir. Neftin qiyməti azaldıqca iqtisadiyyatımıza zərbə vurulur”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26