Interposta.Info

Azərbaycan əhalisinin banklarda 7.7 milyard manatdan artıq pulu var

İqtisadiyyat
 18-04-2018, 22:02     10 475

2018-ci il mart ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 7 milyard 750,3 milyon manat təşkil edib

Trend-in məlumatına görə, əmanətlərin 62,1 faizi xarici, 37,9 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,0 dəfə artıb, xarici valyutada əmanətlər isə 14,6 faiz azalıb.

Qeyd edək ki, 2018-ci il fevralın 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 7 milyard 497,0 milyon manat təşkil edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26