Interposta.Info

Bank sektorunda vəziyyət necədir?

İqtisadiyyat
 6-04-2018, 10:11     10 421

“Ümumən müəyyən fərq və canlanma var. Bu isə ilk növbədə, milli valyutanın sabitliyi ilə bağlıdır”

“Banklar hazırda əmanətlər üzrə faiz dərəcələrini endirir. Nəticədə əmanətlərin həcmi yenə azalan xəttlə gedə bilər”.

"XeberBiz" xəbər verir ki, bu sözləri bank üzrə mütəxəssis Əkrəm Həsənov bu ilin üç ay ərzində kredit bazarındakı vəziyyəti şərh edərkın Pia.az-a açıqlamasında qeyd edib.

Bildiyimiz kimi, 2015-ci ildən başlayaraq neftin qiymətinin kəskin aşağı düşməsi ilə bağlı Azərbaycan iqtisadiyyatı gözlənilməz problemlərlə üzləşdi. 2016-cı ildə bu problemləri və böhranı daha yumşaq fazaya gətirə bilmək üçün hökümət təcili islahatlarhəyata keçirmək üçün bir sıra addımlar atmışdı. 2017-ci ildə isə sərt pul-kredit siyasəti nəticəsində maliyyə bazarında müəyyən sabitliyin təmin edilməsi mümkün oldu. Həmçinin bankların kredit siyasətlərində yumşalma və bir sıra yüngülləşdirici məqamlar müşahidə edildi. Ümumiyyətlə, bu ilin ilk üç ayı ilə ötən ilin ilk üç ayını müqayisədə kredit bazarındakı vəziyyəti necə dəyərlənirmək olar? Demək olarmı ki, hazırda bank sektorunda nisbi canlanma hiss olunur, yoxsa vəziyyət heç də dəyişməyib?

Bank sektorunda vəziyyət necədir?

Əkrəm Həsənov: “Ödəniş qabiliyyətli potensial borcalanların sayı azalıb”.

İndiki şəraitdə kredit bazarında cüzi canlanmanın olduğunu vurğulayan bank üzrə mütəxəssis Əkrəm Həsənova görə, bu prosesin sonrakı aqibəti barədə hələlik qəti fikir demək mümkün deyil:

“Ümumən müəyyən fərq və canlanma var. Bu da ilk növbədə, milli valyutanın sabitliyi ilə bağlıdır. Əmanətçilər milli valyutada yüksək faizlə banklarda əmanət yerləşdirməyə başladı ki, qısamüddətli də olsa, gəlir əldə edə bilsinlər. Nəticədə bir sıra bankda izafi likvidlik əmələ gəldi. Həmin vəsaiti harasa yerləşdirmək və pul qazanmaq lazımdır. Bir qismini Mərkəzi Bankda depozit kimi yerləşdirdilər. Qalan hissəsini isə kredit kimi vermək məcburiyyətindədirlər.

Düzdür, bunu əvvəlki kimi fəal etmirlər, çünki ödəniş qabiliyyətli potensial borcalanların sayı azalıb. Amma yenə də nə isə verirlər. Nəticədə cüzi canlanma var. Lakin bunun nə qədər uzunmüddətli olacağı sual altındadır. Çünki banklar hazırda əmanətlər üzrə faiz dərəcələrini endirir. Nəticədə əmanətlərin həcmi yenə azalan xəttlə gedə bilər. Deməli, kredit resursları azala bilər”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26