Interposta.Info

Azərbaycan nefti

İqtisadiyyat
 7-03-2018, 09:32     10 449

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 5-də 66,73 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,62 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti martın 5-də 66,1 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,64 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 5-də 61,78 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,43 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə martın 5-də 65,85 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,65 dollar/barel çoxdur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26