Azərbaycan nefti

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 5-də 70,47 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,43 dollar/barel çoxdur.
interposta.info xəbər verir ki, bu barədə "Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 5-də 69,79 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,43 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 5-də 65,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,36 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə fevralın 5-də 67,86 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,27 dollar/barel çoxdur.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26