Interposta.Info

ADB Azərbaycan hökumətinə kredit ayırdı - 250 milyon dollar

İqtisadiyyat
 6-12-2017, 13:55     9 152

Asiya İnkişaf Bankı (Asian Development Bank, ADB) Direktorlar Şurası Azərbaycana 250 mln. dollar dəyərində kreditin ayrılmasını təsdiq edib

Bankdan "XeberBiz"-a verilən məlumata görə, kredit Azərbaycan hökumətinə dövlət sektorunda idarəetmənin təkmilləşdirilməsi və özəl sektorun iştirakı ilə iqtisadiyyatın diversifikasiyasına dəstək məqsədilə ayrılıb.

"Azərbaycanın hərtərəfli islahat proqramı ölkə iqtisadiyyatını modernləşdirəcək və orta müddətdən uzunmüddətli dövrə qədər inklüziv inkişafa dəstək olacaq. Asiya İnkişaf Bankının dəstəyi ilə Azərbaycanda dövlət sektorunun səmərəliliyi, o cümlədən maliyyəyə çıxış imkanları artaraq kiçik biznes üçün əlverişli şərait yaranacaq", – deyə ADB-nin Mərkəzi və Qərbi Asiya departamentinin baş direktoru Şon O’Sullivan deyib.

"İdarəetmə və dövlət sektorunun səmərəliliyinin artırılması proqramı"nın birinci altproqramı Azərbaycanda fiskal konsolidasiya və iqtisadiyyatın diversifikasiyasına yönəlib. 2018-ci ildən həyata keçirilməsi planlaşdırılan ikinci altproqram isə birinci proqram çərçivəsində inkişafı möhkəmləndirəcək.

Qeyd edək ki, ADB-yə üzv olduğu 1998-ci ildən bu günə qədər Azərbaycana 4,1 mlrd. dollar dəyərində qrant və kreditlər ayrılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26