Interposta.Info

Vahid Əhmədov avtomobillərə tətbiq edilən idxal gömrük rüsumundan danışdı

İqtisadiyyat
 24-11-2017, 12:51     9 076

Azərbaycana idxal edilən avtomobillərə tətbiq edilən idxal gömrük rüsumu gələn il yanvarın 1-dən dəyişəcək. Bu səbəbdən də Azərbaycanın avtomobil bazarında qiymətlərin kəskin artacağı gözlənilir.

interposta.info xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov AzNews.az-a açıqlamasında avtomobillərə tətbiq edilən idxal gömrük rüsumu ilə bağlı qanunun qəbul olunmadığını deyib: “Mühərriklərin gücünə uyğun olaraq, avtomobillərdə rüsumların artırılması nəzərdə tutulur. Amma bunun qanun kimi nə vaxt qüvvəyə minəcəyi haqqında fikir irəli sürmək çətindir. Əlbəttə ki, rüsumlarda artım olacaqsa, onda avtomobil bazarında qiymətlərdə müəyyən qədər artım olacaq. Bunun hansı avtomobillərə şamil olunacağı da məlum deyil. Ümumiyyətlə, mühərriklərin gömrük rüsumlarının dəyişdirilməsi Milli Məclisin qərarı səviyyəsində həll olunur. Milli Məclis isə belə qərar verməyib. Dövlət bunu necə tənzimləyəcək, hansı şərtlər irəli sürüləcək, bu haqda bir şey deyə bilmərəm”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26