Interposta.Info

SOCAR bazara mühərrik yağları çıxarır

İqtisadiyyat
 13-11-2017, 10:57     8 868

SOCAR bu yaxınlarda bazara mühərrik və sürtkü yağları çıxaracaq.

interposta.info xəbər verir ki, bu barədə APA-ya sektorda fəaliyyət göstərən şirkətlərdən birinin rəsmisi bildirib.

Adının açıqlanmasını istəməyən rəsmi deyib ki, məhsullar elə SOCAR brendi ilə bazara çıxarılacaq: "Artıq məhsulların qablaşdırılması və markalanması prosesi başa çatmaq üzrədir. Məhsullar bir müddət sonra bazara çıxarılacaq".

Bildirilir ki, məhsullar və onların qiyməti rəqabətqabiliyyətli olacaq.

Mənbənin sözlərinə görə, məhsulların istehsalı zamanı istifadə olunan xammal həm yerli bazardan, həm də "Lukoil" şirkətindən alınacaq.

SOCAR məsələyə münasibət bildirməyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26