Interposta.Info

Ölkənin iki nəhəng supermarketi birləşdi

İqtisadiyyat
 29-09-2017, 14:17     10 495

Ölkə əhalisinin pərakəndə ticarət sektorunda gündəlik təlabat malları ilə təminatını həyata keçirən supermarket şəbəkələri birləşmək barədə qərar qəbul ediblər.

Bu barədə “Araz” supermarketlər şəbəkəsindən Axar.az-a verilən məlumatda bildirilib.

Məlumata görə, 2011-ci ildən fəaliyyətə başlayan “Araz supermarket” və 2008-ci ildən fəaliyyətdə olan “Favorit-market” şəbəkələri birləşərək bundan sonra pərakəndə sektorda birgə fəaliyyətə qərar verib.

“Sözügedən birləşmə ölkə iqtisadiyyatında bazarın bu sektorunun inkişafına xidmət etməklə yanaşı, tədarükçülərlə istehlakçılar arasında körpü rolunu oynayaraq, müştəri məmnuniyyətinin, supermarket mədəniyyətinin daha da yüksəldilməsinə müsbət təsir göstərəcək.

Dünya təcrübəsinə istinad edərək söyləyə bilərik ki, bu cür birləşmələr pərakəndə sektorun inkişafına səbəb olur. Pərakəndə sektorun inkişafı öz növbəsində yerli istehsalın artmasında mühüm rol oynayır. Yerli istehsal sektorunun inkişafı isə ölkə iktisadiyyatının əsas təkan verici qüvvəsi hesab olunur”, - məlumatda qeyd olunub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26