Interposta.Info

Neft yeniden ucuzlaşdı: Son qiymət

İqtisadiyyat
 20-09-2017, 01:31     10 393

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 18-də 57,29 dollar/barel təşkil edib ki, bu da ötən cümə gününə olan göstəricidən 1,01 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 18-də 56,58 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,97 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 18-də 52,63 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 1,05 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 18-də 55,37 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,23 dollar/barel azdır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26