Interposta.Info

Naməlum investor Cahangir Hacıyevin zavodunu aldı

İqtisadiyyat
 23-08-2017, 11:57     9 842

Azərbaycan Beynəlxalq Banına kreit borcu olan və bu günlərdə hərraca çıxarılan “Bakı Fındıq Emalı” zavodu (BakFEM) naməlum investor satılıb

Virtualaz.org xəbər verir ki, adı açıqlanmayan şirkət zavodu ilkin hərrac qiymtinə-37 milyon 744 min manata almağa razılaşıb. Hazırda alqı-satqı müqaviləsinin imzalanması üçün danışıqlar gedir.

“Bakı Fındıq Emalı” zavodu Beynəlxalq Bankın toksik aktivlərdən təmizlənməsi proqramı çərçivəsində “Aqrarkredit” QSC dövlət kredit təşkilatına verilmişdi. Həmin QSC-dən məlumatı təsdiqləyərək hərracın avqustun 21-də baş tutduğunu deyiblər. Zavodu almaq üçün cəmi bir alıcı-hazırda fəaliyyətdə olan biznesi təmsil edən şirkət müştəri qismində çıxış edib. Həmin şirkətin adı açıqlanmır.
Naməlum investor Cahangir Hacıyevin zavodunu aldı


«Aqrarkredit» bank olmayan kredit təşkilatı 2015-ci ilin iyulundan bəri Azərbaycan Beynəlxalq Bankının (ABB-nin) problemli aktivlərinin idarə olunması ilə məşğuldur. Bank təxminən 10 milyard manat dəyərində aktivləri «Aqrarkredit»ə ötürüb. «Aqrarkredit» istiqraz buraxıb və onu illik 3 faiz dərəcəsi ilə Mərkəzi Banka satıb. İstiqrazların satışından gələn pul Azərbaycan Beynəlxalq Bankına ödənilib. Qaydalara görə, problemli aktivlərin satışından əldə olunan vəsait istiqrazlar üzrə hesablanmış faizlərin ödənilməsinə və istiqrazların geri alınmasına sərf olunmalıdır.

Qeyd edək ki, “Bakı Fındıq Emalı” zavodunun direktoru Beynəlxalq Bankın keçmiş direktoru Cahangir Hacıyevin tələbə yoldaşı Azad Cavadov idi. O da Beynəlxalq Bankın talanması işi üzrə həbs edilənlərdən biridir. Cahangir Hacıyev bu zavoda bankın 60 milyon dollar kreditini ayırıb, istintaq materiallarına əsasən kreditlərin bir qismi mənimsənilib.

Zavodun hərraca çıxarılıb satılması Azərbaycanda fındıqçılıq sahəsinə diqqətin artırıldığı bir vaxtda baş verir. Ötən ildən etibarən Azərbaycanda minlərlə hektar sahədə yeni fındıq bağları satılıb .Azərbaycan bir ildə fındıq ixracından 150 milyon dollar valyuta əldə edib. Yeni bağların salınmasından sonra Azərbaycan fındıq istehsalına görə dünyada ilk yerlərdən birinə çıxa bilər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26