Üç Avropa şirkəti Bakını tərk etdi
09:33
İtaliya, Almaniya və Macarıstan şirkətləri Azərbaycan bazarını tərk edib.
interposta.info bildirir ki, Axar.az “Vergilər” qəzetinin son buraxlışına istinadən xəbər verir ki, İtaliyanın neft mədən avadanlıqlarının tədarükü sahəsində xidmətlər göstərən “Valvitalia S.P.A” şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunur. Şirkət Azərbaycanda ötən ilin əvvəlindən fəaliyyət göstərirdi.
Ölkəni tərk edən digər şirkət isə Almaniyaya məxsusdur. Almaniyanın da “Katt GmbH” şirkətinin Azərbaycandakı filialı ləğv olunub.
Ölkəni tərk edən digər şirkət isə Macarıstana məxsusdur. Həmin ölkənin texnologiya şirkəti Azərbaycanı tərk edib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26