Interposta.Info

Azərbaycan neftinin SON QİYMƏTİ - Yenidən bahalaşdı

İqtisadiyyat
 14-06-2017, 07:24     489

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 12-də 49,03 dollar/barel təşkil edib ki, bu da ötən cümə gününə olan göstəricidən 0,49 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 12-də 48,43 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,49 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 12-də 46,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,47 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 12-də 47,43 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,44 dollar/barel çoxdur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26