Interposta.Info

Neftin qiyməti 5 faizdən çox aşağı düşüb

İqtisadiyyat
 26-05-2017, 08:19     529

OPEC-ə üzv və qeyri-üzv dövlətlərin neft hasilatının azaldılmasına dair sazişin müddətinin doqquz ay uzadılmasına dair qərarı neftin ucuzlaşmasını sürətləndirib və “qara qızıl”ın qiyməti artıq 5 faizdən çox aşağı düşüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə gör, saat 22.41-ə olan məlumata görə, Brent markalı neftin iyul füçerslərinin dəyəri 4,82 faiz aşağı düşərək 1 barelə görə 51,36 dollar olub.

WTI neftinin dəyəri isə 4,98% aşağı düşərək 1 barelə görə 48,80 dollar təşkil edib. Bundan əvvəl də neftin qiyməti 5 faizdən çox aşağı düşmüşdü.

Qeyd edək ki, ötən gün OPEC-ə üzv və qeyri-üzv dövlətlərin neft hasilatının azaldılmasına dair sazişin müddətinin doqquz ay uzadılmasına dair qərar qəbul ediblər.

Azərbaycan qərarı dəstəkləyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26