Interposta.Info

“Qara bazar”ın qara günləri başlayır -

İqtisadiyyat
 25-04-2017, 13:20     583

"Valyuta dəyişmə məntəqələrinın fəaliyyətinin qısa müddət sonra bərpa ediləcəyi gözlənilir”.

Onun sözlərinə görə, bir il öncə valyuta dəyişmə məntəqələrinin ləğvi "qara bazar”ı "ağartmağa” başlayıb:
"Ötən ilin payızında valyuta dəyişmə məntəqələrinin fəaliyyətinin bərpası ilə bağlı təkliflərimizi hökumətə təqdim etmişdik. Valyuta dəyişmə məntəqələri o zaman "qara bazar” ilə əlaqələndirilirdi. Amma nəticə o oldu ki, bu məntəqələr bağlanandan sonra "qara bazar” çiçəklənməyə başladı. Valyutadəyişmə məntəqələrinin olmaması "qara bazar”ın inkişafına gətirib çıxardı. Digər baxımdan, valyutadəyişmə məntəqələrinin işləməsi 6 min iş yeri demək idi. Bu məntəqələr ləğv edilən zaman məhz 6 min iş yeri bağlandı. Bu baxımdan, valyuta dəyişmə məntəqələrinin bərpası həm də yeni leqal iş yerləri deməkdir”.
“Qara bazar”ın qara günləri başlayır -


Vüqar Bayramov bildirib ki, valyuta dəyişmə məntəqələri "qara bazar”ı ləğv etmək üçün bərpa edilir:
"Əksər bankların alış və satış kursu arasında yenə də fərq var. Fevral ayının əvvəllərində manat möhkəmlənməyə başlayanda manatın və ya dolların alış kursu ilə satış kursu arasında hər 100 dollarda təxminən 20 manat fərq var idi. Əslində, səbəblərdən biri məhz valyuta dəyişmə məntəqələrinin yoxluğu nəticəsində rəqabətin zəif olması idi. Qəribədir ki, hətta qeyri-leqal fəaliyyət göstərən "qara bazar”da valyutanın alış-satış kursu əksər banklara nisbətən daha münasibdir. Bu isə ondan xəbər verir ki, valyuta dəyişmə məntəqələrinin bərpası qeyri-leqal bazarda çalışanların fəaliyyətinin leqallaşdırılmasına imkan verəcək. Valyutadəyişmə məntəqələri ləğv edilən zaman orada işləyənlərin əksəriyyəti "qara bazar"da fəaliyyət göstərirdilər. Artıq onlar valyutadəyişmə məntəqələrinə qayıdacaqlar, leqal şəkildə fəaliyyət göstərəcəklər. Bir il öncə "qara bazar”ın yaranmaması üçün valyuta dəyişmə məntəqələrinin ləğv edildiyi bildirilsə də, əslində indi bu məntəqələr "qara bazar”ı ləğv etmək üçün bərpa edilir”.

İqtisadçı hesab edir ki, valyutadəyişmə məntəqələrinin yenidən fəaliyyəti imkan verəcək ki, insanlar asan, sərbəst şəkildə - şənbə, bazar, bayram günlərinə baxmadan gedib pullarını dəyişə bilsinlər: "Bu baxımdan, əslində bir il öncə ləğvinə ehtiyac olmayan məntəqələrin daha tez fəaliyyətə başlamasına ehtiyac var idi”./BakiPost.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26