Interposta.Info

Mərkəzi Bank 1000 manatlıq sikkələr ilə bağlı açıqlama yayıb —

İqtisadiyyat
 14-04-2017, 07:34     1 075

Sosial şəbəkələrdə yayılan 1000 manat dəyərində olan xatirə sikkələri insanlarda çaşqınlıq yaradıb. Çoxları bu sikkələrin dövriyyədə olduğunu zənn ediblər.

Ölkə.Az xəbər verir ki, məsələ ilə bağlı Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev BAKU.WS-ə açıqlama verərək bildirib ki, bu xatirə sikkələri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə 2013-cü ildə tədavülə buraxılıb.

“2013-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin 90 illik yubileyinin ölkə miqyasında qeyd olunması ilə əlaqədar Mərkəzi Bank tərəfindən nominalı 1000 manat olan qızıl yubiley pul nişanları tədavülə buraxılıb.

Yubiley pul nişanları Böyük Britaniyanın “The Royal Mint” şirkətində istehsal olunub”.

Qeyd edək ki, yubiley pul nişanının üz tərəfində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı, portreti, imzası, arxa tərəfində isə “Azərbaycan Respublikası” sözləri, Azərbaycanın xəritəsi, pul nişanının nominalı və buraxılış ili təsvir edilib. Yubiley pul nişanı Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir.

Əsas parametrlər

Buraxılış ili: 2013

Nominalı: 1000 manat

Metalı: Au 999.9

Çəkisi: 32,3 unsiya (1005 qr)

Diametri: 100 mm

Keyfiyyəti: Pruf

Buraxılış limiti: 5 ədəd

Mərkəzi Bank 1000 manatlıq sikkələr ilə bağlı açıqlama yayıb —

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26