Interposta.Info

ABŞ-da neft quyularının sayının artması fonunda neft ucuzlaşır

İqtisadiyyat
 20-03-2017, 12:12     641

ABŞ-ın Baker Hughes şirkətinin ABŞ-da neft buruqlarının sayının artmasını açıqlamasından sonra dünyada neftin qiyməti ucuzlaşır.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, “Brent” markalı neftin qiyməti 0,60% azalıb və bir barel neftin qiyməti 51,45 dollara, WTI markalı neftin qiyməti isə 0,75% azalaraq 48,94 dollara düşüb.

“Baker Hughes” şirkətinin məlumatına əsasən martın 17-nə ABŞ-da neft buruqlarının sayı 21 ədəd, yaxud 2,27% artaraq 631 ədədə çatıb. Qaz buruqları isə 6 ədəd, yaxud 3,97% artaraq 157 ədədə çatıb.

ABŞ-da “qaya nefti”nin istehsalının belə sürətli artması gözlənilməz sayılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26