Manat üçün qorxulu həftə
Bu həftə ABŞ Federal Ehtiyatlar Sistemi (FED) toplantı keçirəcək.
interposta.info istipress-ə istinadən xəbər verir ki, toplantıda uçot dərəcəsi müzakirə ediləcək.
Bir müddət öncə FED-in rəhbəri Canet Yellen uçot dərəcəsinin artırılacağını istisna etməmişdi. "Çox güman ki, martın 15-də baş tutacaq iclasda uçot dərəcəsi artırılacaq. Növbəti iclasda biz işsizlik səviyyəsi və inflyasiyanın səviyyəsinə qiymət verəcəyik. Bazarlarda inkişaf gözlədiyimiz kimi olsa, uçot dərəcəsinin artırılması labüdləşəcək”.
Fevralın 23-də FED uçot dərəcəsini yaxın müddətdə artıra biləcəyini bəyan etmişdi. Qeyd edək ki, ötən ilin dekabrın 14-də uçot dərəcəsini 0,5-0,75% artıran FED bu ilin yanvarında uçot dərəcəsini dəyişməyib.
Qeyd edək ki, martın 13-nə olan USD/AZN rəsmi məzənnəsi 1,7437 səviyyəsində müəyyən olunub. Avrozonanın vahid valyutası avronun rəsmi məzənnəsi isə həftəyə 1,8658 manatla başlayıb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

