Interposta.Info

Manat nə qədər üzəcək? –

İqtisadiyyat
 28-01-2017, 15:40     655

Manat nə qədər üzəcək? –

İqtisidiyyatın müxtəlif sahələrini inkişaf etdirmək üçün investisiya lazımdır. Başqa cür iqtisadiyyatı inkişaf etdirmək mümkün deyil. Nə qədər qanun qəbul etmək mümkünsə edək, yenə də yeni zavodlar, emal müəssisələri tikmək, torpaqları münbitləşdirmək, kənd təsərrüfatını inkişaf etdirmək üçün pul lazımdır.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev manatın üzən məzənnəyə keçməsi ilə bağlı fikirlərini bildirərkən deyib.

Millət vəkili “Xalq cəbhəsi” qəzetinə böyük müsahibəsində qeyd edib ki, hazırda banklar kredit vermirlər, yaxud kreditlər həddən artıq yüksək faizlə verilir:

“Belə olduğu təqdirdə hansısa kiçik sahibkarın emal müəsisəsi yaratması, kənd təsərrüfatına pul qoyması çətin məsələdir.

Xarici investisiyanın cəlbində də problemlərin olduğunu bildirən Q.Həsənquliyev ilk növbədə 2017-ci ildə Azərbaycan hökumətinin milli valyutanın stabilləşməsi üçün ciddi addımlar atmalı olduğunu vurğulayıb:

“İndi Mərkəzi Bank deyir ki, bizim manat üzür. Amma nə qədər üzəcək, kimsəyə bəlli deyil. Yəni manat üzüb hansısa bir nöqtədə dayanmalıdır. Sahibkarlar bilməlidirlər ki, manatın real kursu nə qədərdir. 1 dollar 3 manat olsun, 5 manat olsun, amma manatın real alıcılıq qabiliyyəti nədirsə, onu tapmaq lazımdır. Yoxsa Neft Fondunun pullarını gətirib xərcləyirik ki, manatın kursunu sabit saxlayaq. Hamı bilməlidir ki, manatı sabitləşdirmədən hətta azərbaycanlı sahibkarın əlində olan valyutanı da prosesə cəlb etmək mümkün olmayacaq”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26