Interposta.Info

4%-lik

İqtisadiyyat
 11-01-2017, 18:05     757

4%-lik

Bu gün Azərbaycan Mərkəzi Bankında bank rəhbərləri ilə görüş keçirilib.

interposta.info "APA-Economics"in əldə etdiyi məlumata görə, AMB rəhbərliyi tam üzən məzənnə rejiminə keçidə hazır olduğunu bankların diqqətinə çatdırıb: "Xırda detallar həllini tapdıqdan sonra tam üzən məzənnə rejiminə keçid tam baş tutacaq".

Bankirlər isə "APA-Economics"ə bildirib ki, tam üzən məzənnə rejiminə keçid baş tutduqdan sonra valyuta hərracının formatı dəyişəcək. O da bildirilir ki, banklar valyuta mübadilə əməliyyatlarının aparılması zamanı müəyyən olunmuş faiz dəhlizi, yəni marja (hazırda -/+4%) ləğv olunacaq. Nəticədə banklar tələb və təklifi nəzərə alaraq valyuta alqı-satqısı zamanı məzənnəni özləri müəyyənləşdirəcək.

Qeyd edək ki, tam üzən məzənnə rejiminə keçidin vaxtı hələlik məlum deyil.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26