Interposta.Info


Azərbaycanlı gənc futbolçu İspaniya klubuna keçdi

İdman
 2-06-2026, 21:07     221

Azərbaycanlı gənc futbolçu Səid Aslanov peşəkar karyerasını İspaniyada davam etdirəcək.
Goldmedia.az xəbər verir ki, Oxu.az-ın əldə etdiyi məlumata görə, 15 yaşlı perspektivli mərkəz müdafiəçisini İspaniyanın "Real Mursiya" klubu öz heyətinə qatıb.
Səid Aslanov bundan öncə ölkəmizdə "Zirə" klubunun aşağı yaş qruplarında çıxış edib.
Onun İspaniyadakı fəaliyyəti isə bununla məhdudlaşmır. Gənc futbolçu daha əvvəl bu ölkənin "Hueska" klubunun U-16 komandasının formasını geyinərək oyun təcrübəsi əldə edib.
Qeyd edək ki, "Real Mursiya" hazırda İspaniyada "Primera Federación"da (üçüncü liqa) mübarizə aparır.
Goldmedia.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26