Interposta.Info

"Qarabağ" 60-cı dəfə bunu bacardı - Musa 700-cü qolu vurdu
 

İdman
 28-04-2026, 15:04     87

"Qarabağ" Azərbaycan çempionatları tarixində 60-cı dəfə səfərdə böyükhesablı qələbə qazanıb.


Goldmedia.az Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, Ağdam klubu Misli Premyer Liqasının XXIX turunda yubileyi gerçəkləşdirib.


"Neftçi"nin qonağı olan ağdamlılar üç xalı 5 qolla qazanıblar – 5:1.


"Qarabağ" turnirdə qazanılan böyükhesablı qələbələrin həm ümumi sayında, həm də səfərdəki göstəricidə rekordçudur.


Komanda çempionatda rəqib meydanında ilk belə qələbəsini 1992-ci il iyunun 29-da qazanıb. Kürdəmir "Şirvan"ı ilə görüşdə qonaqlar üç cavabsız qolla qalib gəlib.


"Qarabağ" həmçinin Azərbaycan çempionatlarında 700-cü səfər qolunu vurub. Yubiley topuna Musa Qurbanlı imza atıb.


O, Misli Premyer Liqasının XXIX turunun "Neftçi" ilə oyununda (5:1) hesabı açıb. Rəqib meydanlarında 488-ci görüşünə çıxan Ağdam klubu qol sayını 704-ə çatdırıb. Bu göstəricidə mütləq rekordçu olan "Qarabağ"ın orta məhsuldarlığı 1,44-ə bərabərdir.


Ağdamlıların ilk qolu 1992-ci il mövsümünə təsadüf edib. 1992-ci il mayın 9-da "Plastik"lə matçın (2:0) 55-ci dəqiqəsində Cavanşir Novruzov meydan sahiblərinin qapısına yol tapıb.

Goldmedia.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26