Azərbaycanın batut gimnastikası tarixində bir ilk
Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
"İnterPosta" xəbər verir ki, bu, Azərbaycanın gimnastika tarixində batut gimnastikası üzrə əldə etdiyi ilk lisenziyadır.
Beləliklə, gimnastika yığmamızın Paris-2024-ə qazandığı vəsiqələrin sayı ikiyə yüksəlib.
Xatırladaq ki, daha əvvəl bədii gimnast Zöhrə Ağamirova da olimpiya lisenziyasına sahib çıxıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26