Interposta.Info

Azərbaycanda bu federasiyaya yeni prezident seçildi

İdman
 17-05-2022, 16:26     240

17 may 2022-ci il tarixində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində Boccia İdman Federasiyasının ümumi yığıncağı keçirilib.ş

Milli Paralimpiya Komitəsindən Qaynarinfo-ya verilən məlumata görə iclasda aşağıdakı məsələlər müzakirə edilib:

1. Boccia İdman Federasiyasının 2018-2021-ci illər ərzində hesabatı.
2. Boccia İdman Federasiyasının nizamnaməsində dəyişikliklərin edilməsi.
3. Təşkilatı məsələlər: Federasiyanın prezidentinin, vitse-prezidentinin və İdarə heyətinin üzvlərinin seçilməsi.

Ümumi yığıncaqda çıxış edən Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2018-ci ildə yaradılmış Boccia İdman Federasiyasının fəaliyyətini yüksək qiymətləndirmişdir. O, bildirmişdir ki, bocciaçılar ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edir. Komitə prezidenti qeyd etmişdir ki, məqsəd milli komandanın Paris 2024 XVII Yay Paralimpiya Oyunlarına lisenziya əldə edərək ilk dəfə olaraq bu Oyunlarda təmsil olunmasıdır.

Boccia İdman Federasiyasının baş katibi, milli komandanın baş məşqçisi İlham Məhərrəmov Federasiyanın 2018-2021-ci il illər ərzində fəaliyyəti barədə yığıncaq iştirakçılarına məlumat vermişdir.

Daha sonra Boccia İdman Federasiyasının nizamnaməsində əlavə və dəyişikliklər edilməsi barədə Milli Paralimpiya Komitəsinin əməkdaşı Afər Məhərrəmov məlumat verərək bildirmişdir ki, Nizamnamədə Beynəlxalq Paralimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Beynəlxalq Boccia Federasiyasının tələbləri nəzərə alınaraq dəyişiklik və əlavələr edilmişdir. Müzakirələrin yekunu olaraq Federasiyanın nizamnaməsinə dəyişikliklərin təsdiq edilməsi barədə qərar qəbul olunmuşdur.
Ətraflı

Yığıncaqda təşkilati məsələlərə də baxılmışdır. Boccia İdman Federasiyasının üzvlərinin səsverməsi nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə heyətinin sədri Vüqar Behbudov Federasiyanın prezidenti, İlham Məhərrəmov isə vitse-prezident vəzifəsinə,

Federasiyanın İdarə heyəti isə aşağıdakı tərkibdə seçilmişdir:

- Behbudov Vüqar Şəfa oğlu- prezident
- Məhərrəmov İlham Nadir oğlu – vitse prezident
- Cəfərov Ruhin Malik oğlu – üzv
- İslamov Mürsəl Ağakamil oğlu, təsisçi, üzv
- Məhərrəmov Afər Rəşid oğlu, üzv

Yığıncağın yekununda Federasiyanın yeni seçilmiş prezidenti Vüqar Behbudov iştirakçılara təşəkkürünü bildirərək qeyd etmişdir ki, bundan sonra da Federasiyanın və boccia idman növünün ölkəmizdə daha da inkişaf etməsi üçün lazım olan bütün tədbirlər görüləcəkdir.
Ümumi yığıncaqda Gənclər və İdman Nazirliyinin nümayəndəsi Sevda Mirzəyeva iştirak etmişdir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26