Interposta.Info

Bakıdakı "Formula 1" yarışının proqramı açıqlandı

İdman
 12-02-2022, 10:52     314

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin proqramı bəlli olub.

"İnterPosta" Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi tviter hesabına istinadən xəbər verir ki, yarış iyunun 10-da yerli vaxtla saat 15:00-da birinci sərbəst yürüşlə başlayacaq.

Saat 18:00-da isə ikinci test yürüşü gerçəkləşəcək.

İyunun 11-də saat 15:00-da üçüncü sərbəst yürüş, saat 18:00-da isə sıralama turu start götürəcək.

Nəhayət, iyunun 10-da əsas yarış saat 15:00-da başlayacaq.

Qeyd edək ki, "Formula 1"də yeni mövsümə martın 20-də Bəhreyndə star veriləcək. 10 - 12 iyunda isə Bakıda Azərbaycan Qran-prisi təşkil olunacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26