Interposta.Info

Azərbaycan Boks Federasiyasının (ABF) İdarə Heyətinin yeni tərkibi müəyyənləşib.

İdman / Paradoks
 9-02-2022, 14:27     737

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "İnterPosta"ya verilən məlumata görə, Məhərrəm Talıbov və Vüsal Nəsirli federasiyanın vitse-prezidentləri seçilib.

M.Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun qardaşı, Muxtar Respublika prokurorunun müavinidir. Vüsal Nəsirli isə əmək və əhalinin sosial müdafiəsi naziri, federasiyanın yeni prezidenti Sahil Babayevin müavinidir.

İdarə Heyətinin üzvləri isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev ilə boks üzrə Avropa çempionu Rövşən Hüseynov isə İdarə Heyətinə üzv seçiliblər.

Qeyd edək ki, əvvəlki rəhbərlikdən yalnız Məhərrəm Talıbov və Vüsal Nəsirli vitse-prezident postunda qalıb. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov ABF prezidenti, Milli Məclisin sabiq deputatı və qurumun daha əvvəlki prezidenti Ağacan Abiyev I vitse-prezident, Qaradağ rayonunun icra hakimiyyətinin başçısı Süleyman Mikayılov və Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov vitse-prezident vəzifəsində çalışıblar./fanat.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26