Interposta.Info

Almaniya millisinin üzvü "İnter"də

İdman
 28-01-2022, 11:44     148

İtaliya A Seriyası nəhənglərindən olan "İnter” "Atalanta”nın alman sol cinah müdafiəçisi Robin Qosensi icarəyə götürüb.

Qaynarinfo xəbər verir ki, bu haqda İtaliya klubu açıqlama verib. 27 yaşlı futbolçunun sonradan transferi şərtilə icarəyə götürülməsi üçün "Atalanta"yla razılığa gəlindiyi bildirilib. "Atalanta"dan verilən açıqlamada 2017-ci ildə Hollandiyadan gələn Qosensə təşəkkür edilib və uğurlar arzulanıb.

Qosens yeni klubunun televiziya kanalına açıqlamasında "İnter"də oynamaqdan qürur duyduğunu bildirib.


İtaliyanın "Corriere dello Sport" qəzeti "İnter"in alman millisinin üzvünün alınması üçün 25 milyon avro ödəməli olduğunu yazıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26