Interposta.Info

"Legiya" Mahir Emreliyə qiymət qoydu

İdman
 19-01-2022, 09:28     18 924

Polşanın "Legiya" klubunun idarəçilərinin komandanın toplanışına qatılmayan Mahir Emreliyə elçi düşən Türkiyə təmsilçilərindən tələb etdiyi məbləğ bəlli olub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "Başakşəhər" və "Sivasspor" kimi Super Liqa klubları varşavalılarla danışıq aparsalar da, tərəflər razılığa gələ bilməyib.

Belə ki, "Legiya"nın avtobusuna məlum hücum zamanı təhlükəsizlik tədbirlərinin görülmədiyini əsas gətirərək polşalılarla vidalaşmağı hədəfləyən Emrelinin davranışı qarşı tərəfin prinsipial mövqe tutmasının şərtləndirib. Azərbaycan millisinin hücumçusuna görə 2,5 milyon avro istəyən paytaxt klubu məbləğ məsələsində güzəştə getmək niyyətində deyil. Məhz bu səbəbdən hazırda Bakıda məşq edən Emrelinin Türkiyə Super Liqasında oynamaq arzusu reallaşmır

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26