Interposta.Info

Mahir Şükürov qardaşının həbsindən danışdı (YENİLƏNİB)

 

İdman
 14-12-2021, 16:25     84 797

Millimizin sabiq futbolçusu Mahir Şükürov ögey qardaşı Ümid Şükürovun dələduzluq etməsinə münasibət bildirib.

Bu barədə veteran futbolçu Oxu.Az-a açıqlama verib:

"Mənim belə bir qardaşım yoxdur. Onunla sonuncu dəfə əlaqəm çoxdan olub. Mənim adımdan istifadə edir. Ümumiyyətlə, Ümid 10 aydır ki, həbs olunub. Dələduzluğu varsa, polisə şikayət olunsun. Bunun üçün "Facebook”da paylaşım etməzlər. Kiməsə pul verəndə də araşdırıb vermək lazımdır”.

14:26

Məşhur futbolçu Mahir Şükürovun ögey qardaşı Ümüd Şükürovun dələduzluq etdiyi iddia olunur.

Bu barədə zərərçəkmişin özü Lent.az-a məlumat verib.

O bildirib ki, Şükürov Ümüd Malik oğlu bir neçə ay əvvəl Gürcüstandan avtomobil ehtiyat hissəsi gətirmək adı ilə ondan 150 manat beh alıb. Dəfələrlə onunla əlaqə saxlayan zaman məsələni həll edəcəyini bildirsə də, sonradan yoxa çıxıb.

Zərərçəkmiş həmçinin Ü.Şükürovun özünü polis zabiti kimi təqdim etdiyini də dilə gətirib.

Məlumata görə, Ümüd Şükürov Sumqayıtda dələduzluq etdiyinə görə axtarışda olub. O, bir neçə ay əvvəl həmin cinayətlərinə görə həbs olunub.

Onun hazırda həbsdə olduğu bildirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26