Interposta.Info

Məşhur futbolçu silahla qarət EDİLDİ

İdman
 21-09-2021, 21:50     377

Futbol üzrə Argentina millisinin məşqçisi Roberto Ayala silahla qarət edilib.

"İnterPosta"nın məlumatına görə, Hit.az "El Mundo Deportivo" nəşrinə istinadən xəbər verib ki, hadisə 48 yaşlı mütəxəssis şəxsi avtomobili ilə San-Kaetano rayonundan keçərkən baş verib.

3 nəfər silahlı şəxs onu dayandırmaq üçün əvvəlcə maşına daş atıblar. Ardınca isə əllərindəki tapança ilə Ayalanı hədələyərək, onun təqribən 5 600 avro pulunu və mobil telefonunu götürüblər.

Həmin vaxt yoldan keçən sürücü vəziyyəti görüb və polisi keçmiş futbolçunun köməyinə gəlməyə çağırıb.

Qeyd edək ki, Roberto Ayala 2000 - 2007-ci illərdə İspaniya "Valensiya"sında 200-dən çox oyun keçirib. O, "yarasalar"ın heyətində La Liqa çempionluğunu və UEFA Kubokunu qazanıb. Ölkəsində "River Pleyt", İtaliyada "Napoli" və "Milan" klublarının da formasını geyinən veteran müdafiəçi 2018-ci ildən Argentina millisində Lionel Skaloninin köməkçisi vəzifəsində çalışır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26